Təhsil 365 - Logo Mobile

Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunub

5221.04.2025 - 08:19
Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunub

Qarabağ Universitetində Heydər Əliyev adına təqaüd proqramı ilə Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif edilib.

“Tehsil365” Report-a istinadən xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc Bakıda Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilmiş beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Qafqazın Konservatoriyası hesab olunan məkanda Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna bilər:

"Xankəndində qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər".

Zahid Oruc bildirib ki, müasir dövrdə elm və təhsil sahəsində əməkdaşlığın elmi-sosioloji tədqiqatlarla müəyyən olunmasının Türk dövlətləri arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:

“Millətlərarası və regional ictimai fikrin öyrənilməsi, müqayisəli təhlillərinin aparılması siyasi elitalarımız, akademik çevrələrimiz və beyin mərkəzlərimiz üçün xüsusi önəm daşıyır. Türk Akademiyasının “Türk Barometri” layihəsi tarixi bir missiyanı-Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı, bir sözlə Türk coğrafiyasını elmi baxımdan hərtərəfli araşdıraraq və strateji məqsədlər naminə dərindən öyrənərək, gələcəyin yol xəritəsini hazırlayır”.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35