Təhsil 365 - Logo Mobile

“Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb

9621.04.2025 - 12:20
“Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb

Xalq şairi Zəlimxan Yaqubun məqalə, poema və şeirlərin toplandığı “Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb.

Azərbaycan Aşıqlar Birliyindən “Tehsil365”ə bildirilib ki, çap olunan kitab 2008-ci ildən 2016-cı ilədək Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik etmiş Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubileyinə həsr olunub.

Kitaba yazdığı “Ömrü, həyatı nağıl, dastan, ünvanı saz olan şair” adlı geniş “Ön söz”də Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun da qeyd etdiyi kimi, aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıq şairin yaradıcılığında mühüm yer tutur: “Zəlimxan Yaqub şeirinin gücü, qüdrəti bir tərəfdən onun fitri istedadı ilə bağlıdırsa, digər tərəfdən saza bağlılığındadır”.

Kitabda şairin aşıq sənəti və ustad sənətkarlarla bağlı yazdığı məqalələr, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, eləcə də, bu sənətə və ustad sənətkarlara həsr etdiyi şeir və poemaları yer alıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab aşıq sənətinin tədqiqi və tədrisi ilə məşğul olan mütəxəssislər, aşıqlar, eləcə də bu sənətə maraq göstərən, ali və orta ixtisas məktəblərində müvafiq ixtisasa yiyələnən gənclər üçün də əhəmiyyətlidir.

Kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, elmi məsləhətçi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35