Təhsil 365 - Logo Mobile

Lütfi Zadə olimpiadasının yarımfinal turuna başlanılır

5321.04.2025 - 13:12
Lütfi Zadə olimpiadasının yarımfinal turuna başlanılır

27 aprel tarixində Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu təşkil ediləcək.

“Tehsil365” xəbər verir ki, yarımfinal turunda iştirak etmək üçün şagirdlər 21 aprel saat 15:00-dan etibarən buraxılış vərəqələrini əldə edə bilərlər.

Buraxılış vərəqələrinin yüklənməsi prosesi //portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcək. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur. Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turunda şagirdlərə müvafiq istiqamət üzrə 25 qapalı sual təqdim ediləcək.

Qeyd edək ki, müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35