Təhsil 365 - Logo Mobile

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

9121.04.2025 - 13:24
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

Aprelin 21-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Dağlıq Şirvan Regional Təhsil İdarəsinə yeni müdir vəzifəsinə təyin olunmuş Ramin Abasovu kollektivə təqdim edib.

“Tehsil365” xəbər verir ki, təqdimat mərasimində çıxış edən Eşqi Bağırov Ramin Abasova yeni fəaliyyətində uğurlar arzulayıb, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin qarşısında duran prioritet vəzifələr və strateji hədəflər barədə məlumat verib. 

Bununla yanaşı, təhsil sahəsində idarəetmə və keyfiyyətin artırılması istiqamətində kollektivin birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Ramin Abasov ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.

Səfər çərçivəsində Eşqi Bağırov həmçinin Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə olub, "Peşə təmayüllü siniflər"in və STEAM dərslərinin tədrisinin təşkili ilə yaxından tanış olub.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35