Təhsil 365 - Logo Mobile

Gənclər Kitabxanasında professor Azad Nəbiyevin 80 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

4721.04.2025 - 15:40
Gənclər Kitabxanasında professor Azad Nəbiyevin 80 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Professor Azad Nəbiyev - 80” adlı virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan “Tehsil365”ə bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən virtual sərgidə Azad Nəbiyevin elmi fəaliyyətini, həyatını publisistikaya, ədəbiyyat tarixinə, nəzəriyyəsinə, onun problemlərinə həsr etməsi, şifahi xalq ədəbiyyatının toplanması, nəşri, tədqiqi və tədrisi məsələləri ilə məşğul olması haqqında məlumat verilir.

Virtual kitab sərgisində alimin elmi rəhbərliyi altında 5 elmlər doktoru, 20-dən artıq fəlsəfə doktorunun yetişməsi, 200-dən artıq elmi əsərin, 40-dan artıq monoqrafiyanın müəllifi olması qeyd edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Azad Nəbiyevin müəllifi olduğu və onun haqqında qələmə alınan 10-dan çox kitab və dövrü mətbuat nümunələri sərgilənir. Belə ki, virtual kitab sərgisində “Azərbaycan xalq ədəbiyyatı”, “El nəğmələri, xalq oyunları”, “Azad Nəbiyev və folklor ədəbi irsi”, “Azərbaycan aşıq məktəbləri”, “Azərbaycan-özbək folklor əlaqələri” kimi kitabların qısa annotasiyası təqdim edilir.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35