Təhsil 365 - Logo Mobile

Dövlət Proqramı təqaüdçüsü beynəlxalq tədbirdə iştirak edib - FOTO

8921.04.2025 - 16:23
Dövlət Proqramı təqaüdçüsü beynəlxalq tədbirdə iştirak edib - FOTO

Dövlət Proqramı iştirakçısı Məğrur Məmmədli Londonda baş tutan ‘’Global Soft Power Summit 2025’’ tədbirində iştirak edib.

“Tehsil365” xəbər verir ki, tədbir çərçivəsində Proqram iştirakçısı UNESCO-nun keçmiş direktoru İrina Bokova və Amerikanın 68-ci dövlət katibi və iqlim məsələləri üzrə prezidentin köməkçisi Con Kerri ilə ölkəmizin ‘’COP29’’dakı fəaliyyəti və gələcək öhdəlikləri ilə bağlı qısa müzakirələr aparıb. İrina Bokova gələcək Bakı səfəri, Con Kerri isə Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti ilə baş tutacaq görüşü barədə məlumat verib.. 

Eyni zamanda, Proqram iştirakçısı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun dəvəti ilə Türkiyə Prezident Administrasiyası tərəfindən Londonda təşkil olunan ‘’A Fairer World Is Possible’’ tədbirində, mövcud dünyada baş verən siyasi hadisələrlə bağlı panel müzakirələrdə iştirak edib.

Bildirilir ki, Proqram iştirakçısı bu ilki semestri yüksək göstəricilərlə (A/A-) ilə UK ekivalenti olaraq First Class Honours/Upper Second Class Honours ilə başa vurub.

Məğrur Məmmədli "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "University of Sheffield" ali təhsil müəssisəsində “İnformasiya sistemləri" ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35