Təhsil 365 - Logo Mobile

"WhatsApp"da yeni funksiya istifadəyə verildi

9221.04.2025 - 17:53
"WhatsApp"da yeni funksiya istifadəyə verildi

Androiddə "WhatsApp" beta-versiyasının istifadəçiləri üçün mesaj tərcümə funksiyası aktivləşdirilib.

“Tehsil365” "WABetaInfo"ya istinadən xəbər verir ki, "WhatsApp"ın 2.25.12.25 Android versiyasını quraşdıranlar mesajları tərcümə etmək üçün dil paketlərini yükləyə bilərlər.

Dəstəklənən dillər arasında rus, ispan, ərəb, portuqal və hind dilləri göstərilib.

Bundan əlavə, istifadəçilər avtomatik dil müəyyənləşdirmə üçün xüsusi dil paketindən istifadə edə bilərlər ki, bu da bir neçə dilin istifadə olunduğu qrup söhbətlərində xüsusilə faydalıdır.

Qeyd olunur ki, bütün əməliyyatlar lokal şəkildə cihazda həyata keçirilir, yəni məlumatlar üçüncü tərəflərin serverlərinə və ya "Meta" şirkətinə ötürülmür.

Tərcümə funksiyası fərdi söhbətlərdə, qrup söhbətlərində və kanallarda istifadə üçün əlçatandır. Bununla belə, funksiya standart olaraq söndürülmüş vəziyyətdədir. Yaxın gələcəkdə dəstəklənən dillərin siyahısının genişləndirilməsi və əlavə dil paketlərinin tətbiqi gözlənilir.

Yeniliyin stabil versiyalarda nə vaxt istifadəyə veriləcəyi barədə məlumat yoxdur

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35