Təhsil 365 - Logo Mobile

““Məktəblilərarası Milli Hakaton” üzrə seçim mərhələsi başlayıb - VİDEO

7922.04.2025 - 07:00
““Məktəblilərarası Milli Hakaton” üzrə seçim mərhələsi başlayıb - VİDEO

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi başlayıb. 22-25 aprel tarixlərində keçiriləcək seçim turunda olimpiadanın qeydiyyat və ilkin mərhələsindən uğurla keçən 15 mindən artıq şagird iştirak edəcək. İştirakçılar mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda bilik və bacarıqlarını nümayiş etdirəcəklər.  

“Tehsil365” xəbər verir ki, imtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 72 mərkəz, 48 şəhəri əhatə edəcək və şagirdlərə 21 tapşırıq üçün 2 saat 30 dəqiqə vaxt veriləcək.

Seçim mərhələsində iştirak edəcək şagirdlər imtahan mərkəzlərinin tam siyahısı və əlavə məlumatları codehour.edu.az saytından əldə edə bilərlər. 

Qeyd edək ki, ilkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edib. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanıblar.
 
Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafına töhfə verəcək maarifləndirici sessiya və seminarlar təşkil ediləcək. 

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35