Təhsil 365 - Logo Mobile

Məktəblilərdən Qarabağın bərpasına dəstək təşəbbüsü - FOTO

5122.04.2025 - 08:48
Məktəblilərdən Qarabağın bərpasına dəstək təşəbbüsü - FOTO

Paytaxtdakı İ.Əfəndiyev adına Elitar gimnaziyanın Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığı çərçivəsində məktəblilər işğaldan azad edilən Qarabağın bərpasına dəstək göstərirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Tehsil365”ə bildirilib ki, gimnaziya şagirdləri əl işlərinin satışından əldə etdikləri gəlirləri Qarabağ Dirçəliş Fonduna ianə edərək Qarabağda aparılan bərpa və quruculuq işlərinə öz dəstəklərini nümayiş etdirirlər.

Gimnaziyada keçirilən “Qarabağı birlikdə daha gözəl bərpa edək” adlı sərginin də əsas məqsədi şagirdlərə öz istedadlarını nümayiş etdirmək imkanı yaratmaqla yanaşı, həm də Qarabağla bağlı məlumatlarının artırılmasına, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsinə və ianə mədəniyyətinin təşviq olunmasına xidmət etməkdən ibarətdir.

Sərgidə nümayiş olunan əl işlərinin satışından əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edilib.

Bu nəcib təşəbbüsü dəyərləndirən Qarabağ Dirçəliş Fondunun rəhbərliyi tərəfindən məktəb təltif edilib və Fondun “İanə sertifikatı” gimnaziyaya təqdim olunub.

Qeyd edək ki, gimnaziyanın şagirdləri Qarabağın bərpasına dəstək təşəbbüslərini daha da genişləndirməyi nəzərdə tuturlar.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35