Təhsil 365 - Logo Mobile

Qazax-Tovuz Regional Təhsil İdasinin müdiri kollektivə təqdim olunub

4322.04.2025 - 11:59
Qazax-Tovuz Regional Təhsil İdasinin müdiri kollektivə təqdim olunub

Aprelin 22-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşovu kollektivə təqdim edib.

“Tehsil365” xəbər verir ki, Eşqi Bağırov yeni təyin olunan idarə müdirini təbrik edib və idarənin gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb. O, qarşıda duran əsas vəzifələrə toxunaraq regionda təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyini diqqətə çatdırıb.

Bununla yanaşı, idarənin fəaliyyətində şəffaflığın, vətəndaşlar üçün əlçatanlığın təmin olunmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Daha sonra Vüqar Dadaşov ona göstərilən etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini qeyd edib.

Şəms Əhmədzadə

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35