Təhsil 365 - Logo Mobile

Ağstafa məktəbində yaranmış elektrik problemi aradan qaldırılır

8023.04.2025 - 06:10
Ağstafa məktəbində yaranmış elektrik problemi aradan qaldırılır

Ağstafa rayonunun Qaçaq Kərəm kənd tam orta məktəbində elektriklə bağlı problemə aydınlıq gətirilib.

“Tehsil365” xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gün bundan əvvəl ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti və intensiv yağıntılar nəticəsində elektrik xətlərində nasazlıq yaranıb və təhsil müəssisəsinin transformator qurğusu sıradan çıxıb.

Nasazlığın aradan qaldırılması üçün aidiyyəti üzrə müraciət edilib. Məsələnin həll edilməsi üçün müvafiq tədbirlər görülür.

Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsində təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35