Təhsil 365 - Logo Mobile

Naxçıvan Nazirlər Kabinetində təhsil, səhiyyə, mədəniyyət sahələri ilə bağlı müşavirə keçirilib

8823.04.2025 - 07:11
Naxçıvan Nazirlər Kabinetində təhsil, səhiyyə, mədəniyyət sahələri ilə bağlı müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə təhsil, səhiyyə, mədəniyyət sistemi üzrə fəaliyyətin cari vəziyyəti ilə bağlı videoformatda müşavirə keçirilib.

“Tehsil365” xəbər verir ki, müşavirədə aidiyyəti sahələr üzrə müvafiq icra qurumlarının rəhbərlərinin çıxışları dinlənilib, təşkilatların ölkənin analoji qurumlarına inteqrasiyası, elektron informasiya sistemlərinin vahid bazada birləşdirilməsi, bilik və təcrübə mübadiləsi üzrə əməkdaşlığın artırılması, keyfiyyətli idarəetmə sistemlərinin tətbiqi, vətəndaşlara göstərilən dövlət xidmətlərinin pasportlaşdırılması, elektronlaşması, avtomatlaşması və keyfiyyətinin yüksəldilməsi, təşkilati-struktur islahatlarının davam etdirilməsi, xüsusilə inzibati işlərin mərkəzləşdirilmiş qaydada təşkili, büdcə planlaşdırılmasının müəyyən edilmiş və əsaslandırılmış ehtiyaclar əsasında aparılması, aktiv və öhdəliklərin inventarizasiyası, habelə maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsi, müvafiq sistemlər üzrə rəqəmsallaşdırmanın tətbiqinin sürətləndirilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsi, dövlət investisiya proqramı çərçivəsində, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” layihələrinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış texniki-iqtisadi əsaslandırmalar əsasında müvafiq Layihə İdarəetmə Qrupları tərəfindən icrasının davam etdirilməsi, əlilliyin qiymətləndirilməsi və hərbi xidmətə çağırılanların tibbi şəhadətləndirilməsi xidmətlərinin keyfiyyətlə təşkili və ölkə təcrübəsinin tətbiqi, daşınmaz mədəni irsin, arxeoloji abidələrin inventarlaşması, mühafizə zonalarının müəyyən edilməsi, habelə pasportlaşması və xəritələrinin hazırlanması, məlumat bazasının yaradılması, mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması və digər aidiyyəti sahələr üzrə işlərin təşkilinə dair müzakirələr aparılıb, son göstəricilər nəzərdən keçirilib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35