Təhsil 365 - Logo Mobile

Koreyalı diplomat BDU tələbələrinə mühazirə deyib - FOTO

7923.04.2025 - 08:40
Koreyalı diplomat BDU tələbələrinə mühazirə deyib - FOTO

Koreya Respublikasının Azərbaycandakı səfirliyinin konsulu Kim Changsoo Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri üçün “Koreya-Azərbaycan əlaqələri – müasir vəziyyəti və perspektivləri” mövzusunda mühazirə deyib.

BDU-dan “Tehsil365”ə bildirilib ki, konsul Kim Changsoo tələbələri Azərbaycan-Koreya əlaqələrinin mövcud durumu ilə tanış edib. O bildirib ki, iki ölkə arasında uğurlu siyasi, iqtisadi-ticari əlaqələr mövcuddur. Azərbaycan Cənubi Qafqazda Koreyanın ən böyük və mühüm iqtisadi-ticarət tərəfdaşıdır. Koreya Azərbaycanın qeyri-neft sektoruna birbaşa xarici investisiya yatıran ən böyük ölkələrdən biridir. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rolu olub. Bu səfərlər zamanı bir sıra mühüm sazişlər imzalanıb.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli çıxışlarında Azərbaycan-Koreya əlaqələrinin elm-təhsil sahəsində də uğurla inkişaf etdiyini bildirib, belə mühazirələrin tələbələrin dost Koreya ilə bağlı daha artıq məlumatlandırılmasında mühüm vasitə olduğunu vurğulayıblar.

Sonda ən maraqlı suallar verən tələbələrə səfirlik tərəfindən hədiyyələr təqdim edilib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35