Təhsil 365 - Logo Mobile

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ənənəvi kitab sərgisi hazırlanıb

8923.04.2025 - 08:50
Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ənənəvi kitab sərgisi hazırlanıb

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətlə Milli Kitabxanada eyniadlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan “Tehsil365”ə bildirilib ki, sərgilərdə müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun, Azərbaycan Respublikasında kitab və nəşriyyat işi, kitab mədəniyyəti, müəlliflik və patent hüququ, rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin nəşrləri, virtual məkanda müəlliflik hüququ və s. mövzularda Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm

linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35