Təhsil 365 - Logo Mobile

Dillər Universitetinin Konfutsi İnstitutu beynəlxalq təhsil sərgisində təmsil olunub

7923.04.2025 - 10:44
Dillər Universitetinin Konfutsi İnstitutu beynəlxalq təhsil sərgisində təmsil olunub

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun əməkdaşları Bakıda “GLC International Education Fair” şirkətinin təşkil etdiyi Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər.

ADU-dan “Tehsil365”ə bildirilib ki, çinli müəllimlər sərgi iştirakçılarına Konfutsi İnstitutunun fəaliyyəti, Çin dili kursları, institutun Çinin aparıcı universitetləri ilə semestr və illik tələbə mübadiləsi proqramları haqqında geniş məlumat veriblər.

Konfutsi İnstitutunun stendində Çin dilinin tədrisində ən müasir texnologiyaların tətbiqi nümayiş olunub. İştirakçılar Konfutsi İnstitutunun maddi-texniki bazası və elmi tədqiqatları, həmçinin institutun nəşr etdiyi metodiki vəsaitlər və proqramlar, milli Çin dili dərslikləri ilə tanış olublar. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş Çin dilində kitablar xüsusi maraq doğurub.

Sərgi iştirakçıları ADU-nun partnyoru olan Çinin Huçjou Universitetinə qəbul şərtləri, universitetin fakültələri, ixtisasları, yaşayış şəraiti və təqaüdləri ilə də tanış olublar. Bundan əlavə, Konfutsi İnstitutunun stendində ADU-nun təhsil sahəsində əməkdaşlığa, o cümlədən müəllim və tələbə mübadiləsinə dair müqavilələr bağladığı Çinin aparıcı universitetlərində bakalavr, magistratura, təcrübə və təlim proqramları, ərizələrin doldurulması qaydaları haqqında məlumatlar təqdim olunub.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan gənclərinin Çin dilinə və mədəniyyətinə marağının artdığını qeyd edərək, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsinin vacibliyini vurğulayıb. Bu sənəddə dil mübadiləsi sahəsində əməkdaşlığın inkişafı, iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqi ilə yanaşı, Konfutsi institutlarının inkişafının dəstəklənməsinə də böyük əhəmiyyət verilir.

Rafiq Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaxın zamanda Çinin Sinxua agentliyinə eksklüziv müsahibəsində Konfutsi İnstitutunun tərəfdaşı olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dilinin tədrisini də qeyd etdiyini xatırladıb.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35