Təhsil 365 - Logo Mobile

“Azərbaycanın regionlarında təhsildə rəqəmsallaşma” layihəsi çərçivəsində tədbir keçirilib - FOTO

8923.04.2025 - 13:40
“Azərbaycanın regionlarında təhsildə rəqəmsallaşma” layihəsi çərçivəsində tədbir keçirilib - FOTO

Elm və Təhsil Nazirliyinin dəstəyi, ASPIRE Education Technologies şirkətinin təşkilatçılığı ilə Şəmkir rayonu Coşqun Abdiyev adına Zəyəm Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində “Azərbaycanın regionlarında təhsildə rəqəmsallaşma” layihəsi çərçivəsində əhatələndirmə tədbiri keçirilib. 

“Tehsil365” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Tədbirdə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ASPIRE Education Technologies şirkətinin təsisçisi və icraçı direktoru Rahul D’Mello, ASPIRE Education Technologies şirkətinin məsul meneceri Vəfa Əhmədova və platformadan istifadə edən müəllim və şagirdlər iştirak edib. 

Tədbir 3 hissədən ibarət olub: 

  • Müəllimlər üçün “Qeyri- formal təhsil metodları” mövzusunda sessiya;

  • şagirdlər arasında riyaziyyat üzrə bilik yarışı;

  • ASPIRE platforması haqqında məlumatlandırma, məktəbin iştirakçı şagirdlərinin platformadakı aktivliyi mövzusunda çıxış.

Tədbirin keçirilməsində əsas məqsəd region məktəblərində rəqəmsal təhsil vasitələrinin tətbiqi, platformanın istifadəsi nəticəsində əldə olunan nailiyyətlərin təqdimatı və maraqlı tərəflər arasında təcrübə mübadiləsinin təşkilidir. Hazırda ASPIRE platformasının Elm və Təhsil Nazirliyinin “Rəqəmsal Məktəb” platforması ilə inteqrasiyası üzərində də işlər davam etdirilir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35