Təhsil 365 - Logo Mobile

AzTU-da əmək yarmarkası keçirilib - FOTO

8224.04.2025 - 07:20
AzTU-da əmək yarmarkası keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

Universitetdən “Tehsil365”ə bildirilib ki, tədbir işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı, habelə yuxarı kurslarda təhsil alan tələbələrin, əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların ixtisas və maraq dairəsinə uyğun vakant iş yerlərinə dair məlumatlandırılması, işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaradılması məqsədi daşıyıb.

Yarmarkada bu kimi aktiv məşğulluq tədbirlərinin keçirilməsinin işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında əhəmiyyəti, həmçinin gənclərin əmək bazarına inteqrasiyasında, onların ixtisaslarına uyğun vakansiyalara əlçatanlığının təmin edilməsində, işəgötürənlərin ixtisaslı kadrlara olan ehtiyaclarının qısa zamanda ödənilməsində mühüm önəm kəsb etdiyi vurğulanıb.

“Məzunların məşğulluq reytinqi” platforması barədə də məlumat verilib. Tədbirdə iştirak edən qonaqlar işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.

Yarmarkada 90 işəgötürən tərəfindən 822 vakansiya təqdim edilib, bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

Tədbirə qatılan şəxslər agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq imkanı əldə ediblər.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35