Təhsil 365 - Logo Mobile

“Ailəm və məktəbim” layihəsinə start verilib - FOTO

9024.04.2025 - 09:12
“Ailəm və məktəbim” layihəsinə start verilib - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ailəm və məktəbim” layihəsinə start verilib.

“Tehsil365” xəbər verir ki, layihənin keçirilməsinin əsas məqsədi cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir.

Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarlar, “Hər şey  övladımız  üçün” devizi altında tədbirlər təşkil olunacaq.

Həmçinin valideynlərin təhsil müəssisəsi ilə yaxından tanış olması, onların məktəbin tədris resursları və həyata keçirilən layihələr barədə məlumatlandırılması, infrastruktur, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflərinin alınması, qeyri-formal mühitdə məktəbin kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə keçirilən “Valideynin məktəbdə bir günü” layihəsinin davam etdirilməsi nəzərdə tutulur.

Bundan əlavə, ixtisaslarına, iş sahələrinə uyğun olaraq valideynlər həmin sahələrə maraq göstərən şagirdlərlə söhbət edəcək, maarifləndirici buklet və materiallar, həmçinin “Ailəmə minnətdaram” mövzusunda təşəkkür videosu və ya məktubu hazırlanacaq.

Valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüşlər, “Keçmişdən gələcəyə ailə dəyərləri” mövzusunda panel müzakirələr və birgə fəaliyyətlər təşkil olunacaq.

Layihə çərçivəsində ümumi təhsil məktəblərində keçirilən fəaliyyətlər üzrə fərqlənən valideynlərin təltif olunması nəzərdə tutulub.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35