Təhsil 365 - Logo Mobile

“Kompüter elmləri” ixtisası üzrə yeni tədris proqramları hazırlanır

8824.04.2025 - 10:10
“Kompüter elmləri” ixtisası üzrə yeni tədris proqramları hazırlanır

İnformasiya Texnologiyaları İnstitutunda ETN tərəfindən yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın Təbiət ixtisasları qrupunun “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib.

İnstitutdan “Tehsil365”ə verilən məlumata görə, hibrid formatda keçirilən tədbirdə Təbiət ixtisasları qrupunun həmsədri, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun sədri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və Alt İşçi Qrupunun üzvləri, həmçinin dövlət və özəl müəssisələrdə müvafiq istiqamət üzrə çalışan mütəxəssislər iştirak ediblər.

Tədbirdə akademik Rasim Əliquliyev çıxış edərək iclasın təbiət ixtisasları təsnifatına daxil olan “Kompüter elmləri” üzrə magistratura səviyyəsində tədris proqramına müvafiq dəyişikliklərin edilməsi və yeni ixtisasların daxil edilməsi istiqamətində müzakirələrin aparılmasına həsr olunduğunu bildirib.  

Akademik Rasim Əliquliyev son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, eləcə də  “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” kimi böyük əhəmiyyətə malik mühüm dövlət sənədlərinin qəbul edildiyini deyib.

Akademik Rasim Əliquliyev İşçi Qrupu tərəfindən əmək bazarının tələbləri, müasir dövrün çağırışları, dünyanın aparıcı ali təhsil müəssisələrinin bu sahədə təcrübəsi əsasında biznes sektorunun nümayəndələrinin, ali təhsil və elmi-tədqiqat müəssisələrinin, dövlət qurumlarının da rəyi nəzərə alınmaqla ixtisaslaşmaların yeni siyahısının tərtib olunduğunu qeyd edib. Alim siyahıda yeni ixtisaslaşmaların təklif olunduğunu, bəzi ixtisaslaşmaların adlarında dəyişikliklərin edildiyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti “Kompüter elmləri” ixtisası üzrə tərtib olunmuş yeni siyahının müvafiq qurumlar tərəfindən nəzərdən keçirildiyini və siyahıya dair bəzi təkliflərin daxil olduğunu diqqətə çatdırıb.

Daha sonra “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun üzvləri və digər məsul şəxslər rəylər, təklif və tövsiyələr nəzərə alınmaqla yeni tədris proqramının hazırlanması istiqamətində müzakirələr aparıblar, müvafiq qərarlar qəbul ediblər.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35