Təhsil 365 - Logo Mobile

Çin Neft Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub - FOTO

9024.04.2025 - 14:36
Çin Neft Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub - FOTO

Çin Neft Universitetinin vitse-prezidenti Li Jingyenin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən “Tehsil365”ə bildirilib ki, rektor Elmar Qasımov ilə görüşdə iki universitet arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin önəmi vurğulanıb. Ali məktəbin 20 tələbəsinin Çin Neft Universitetinin yay məktəbində iştirak etməsi xatırlanıb və hər il tələbə mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəlinib.

Elmar Qasımov süni intellekt və bərpaolunan enerji sahəsində mentorluq dəstəyi göstərilməsini xahiş edərək, bu sahələrdə təcrübə mübadiləsinin önəmini vurğulayıb. Eyni zamanda, bərpaolunan enerji üzrə yeni bir magistr proqramının yaradılması və dayanıqlı enerji sahəsində əməkdaşlıq məsələləri gündəmə gətirilib.

Təhsil və elmi tədqiqat sahəsində əməkdaşlığın inkişafı, alim və akademik mübadiləsinin artırılması təklifi də diqqətə çatdırılıb. Həmçinin elmi-tədqiqat laboratoriyalarının açılması və əldə edilən təcrübənin tələbələr tərəfindən gələcəkdə tətbiq edilməsi məsələləri müzakirə olunub.

Çıxışında Li Jingye iki universitet arasında mövcud olan əlaqələrdən məmnunluğunu ifadə edərək, birgə fəaliyyət üçün daha çox əməkdaşın Çinə göndərilməsi təklifini irəli sürüb.

Görüşün sonunda Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi Li Jingyeyə təqdim edilib.

Daha sonra hər iki universitetin nümayəndələri arasında müzakirələr aparılıb.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35