Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti 2025-2026-cı tədris ili üçün bakalavriat, magistratura və doktorantura pillələri üzrə akademik mübadilə proqramına müraciətləri açıq elan edir.
BDU-dan “Tehsil365”ə bildirilib ki, müraciət edilə bilən ixtisaslar barədə məlumatı https://vku.edu.kz/opru/ linkindən əldə etmək mümkündür.
Tələbələrin təhsil aldığı fakültəyə müvafiq ixtisası seçdikdən sonra aşağıdakı formanı dolduraraq, tələb olunan sənədlərlə birlikdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinə (əsas bina, 3-cü mərtəbə, 321-ci otaq) yaxınlaşması xahiş olunur.
Sənədlər mayın 29-dək qəbul edilir.