Təhsil 365 - Logo Mobile

Dövlət İdarəçilik Akademiyasında “Qərbi Azərbaycan toponimləri: milli kimliyin izləri” mövzusunda görüş keçirilib

8024.04.2025 - 15:49
Dövlət İdarəçilik Akademiyasında “Qərbi Azərbaycan toponimləri: milli kimliyin izləri” mövzusunda görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatının “Political Scientists” klubunun təşkilatçılığı ilə filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə “Qərbi Azərbaycan toponimləri: milli kimliyin izləri” mövzusunda görüş keçirilib.

DİA-dan “Tehsil365”ə bildirilib ki, tədbiri açan ictimai əlaqələr üzrə müşavir Zaur Məmmədov mövzunun aktuallığını vurğulayaraq, belə görüşlərin gənclərin milli kimlik və tarixi şüurunun formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Professor Mahirə Hüseynova tələbələrə Qərbi Azərbaycan toponimləri haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, toponimlər xalqın tarixinin dəqiqləşdirilməsində, əcdadlarımızın ulu keçmişi haqqında biliklərin genişlənməsində mühüm rol oynayır, tarixi abidə kimi xalqın formalaşmasını, mənşəyini özündə qoruyub saxlayır.

Maraqlı və dolğun çıxışdan sonra tələbələr professor Mahirə Hüseynovaya mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayıb, fikir mübadiləsi aparıblar.

Tədbir elmi və maarifləndirici xarakteri ilə seçilib, tələbələrin tarixə və milli kimliyə marağını daha da artırıb.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35