Təhsil 365 - Logo Mobile

ADPU-da “Ədəbi əlaqələr - yaradıcılıq prosesinin güzgüsü” antologiyası təqdim edilib - FOTO

8024.04.2025 - 17:39
ADPU-da “Ədəbi əlaqələr - yaradıcılıq prosesinin güzgüsü” antologiyası təqdim edilib - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq çərçivəsində “Ədəbi əlaqələr - yaradıcılıq prosesinin güzgüsü” adlı antologiyanın təqdimatı keçirilib.

Bu barədə “Tehsil365”ə ADPU-dan bildirilib. Qeyd edilib ki, antologiya cari ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universiteti, universitetdə fəaliyyət göstərən Türkoloji Mərkəz və Cizzax Dövlət Pedaqoji Universitetinin birgə əməkdaşlığı əsasında hazırlanaraq çap olunub. Azərbaycan və türk dillərində hazırlanmış antologiyaya Özbəkistan və Azərbaycandan filologiya, pedaqogika sahələrində çalışan yüksəkixtisaslı alimlərin qısa avtobioqrafiyaları, elmi məqalələri daxil edilib. Kitabın “Ön söz”ü Cizzax Dövlət Pedaqoji Universitetinin rektoru professor Şövkət Şərifova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya aiddir.

Filologiya və pedaqogika mütəxəssisləri üçün unikal hədiyyə olan və tərkibində 88 elmi məqalə yer alan bu antologiya tədqiqat aparan dilçilər, ədəbiyyatşünaslar və gənc tədqiqatçılar üçün nəzərdə tutulub. Azərbaycan və Özbəkistan arasındakı dostluq və hərtərəfli əməkdaşlıq əlaqələrinin gücləndirməyə xidmət edən, elmi-praktik çalışmalardan biri olan antologiya bütün Türk dünyasının oxucuları üçün faydalı mənbədir.

Təqdimat mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, professorlar Mahirə Hüseynova, Asəf Zamanov və Fikrət Rzayev, Filologiya fakültəsinin dekanı Könül Həsənova, universitetin professor-müəllim heyəti, eləcə də Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universiteti, Fərqanə Dövlət Universiteti, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti, Andijan Dövlət Pedaqoji Universiteti, Alfraganus Universiteti və Kazan (Volqa) Federal Universitetindən olan professor-müəllim heyəti iştirak edib.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35