Təhsil 365 - Logo Mobile

ADU-nun prorektoru Türkiyədə beynəlxalq simpoziumda iştirak edib - FOTO

5224.04.2025 - 18:20
ADU-nun prorektoru Türkiyədə beynəlxalq simpoziumda iştirak edib - FOTO

Milli Məclisinin deputatı, Azərbaycan Dillər Universitetinin (ADU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova Düzce Universitetində “Türk dünyasında qadın: uğur hekayələri” beynəlxalq simpoziumunda iştirak edib.

Bu barədə “Tehsil365”ə ADU-dan bildirilib.

Tamam Cəfərova simpoziumda “Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyəti: reallıq və perspektivlər” mövzusunda çıxış edib. O, müstəqillik illərində Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyətindən söz açıb. Azərbaycanda dövlət qadın siyasətinin formalaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Tamam Cəfərova qadın hüquqları sahəsində mövcud qanunvericilikdən, milli mexanizmdən və dövlət idarəçiliyində qadınların kişilərlə bərabər iştirakından, gender bərabərliyinin təmin edilməsi sahəsində əldə olunan uğurlardan danışıb.

Deputat, həmçinin dövlət qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti ilə Azərbaycan qadın hərəkatında, ictimai-siyasəti fəaliyyətlərində yeni dövrün başlandığını qeyd edib.

O, simpozium çərçivəsində ali təhsil müəssisələrinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Simpoziumun açılış mərasimində Düzce Universitetinin rektoru professor Nedim Sözbir, Düzce bələdiyyəsinin sədri və Türkiyənin sabiq elm, sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyə Prezidentinin baş müşaviri Saadet Oruç, millət vəkili Ayşe Keşir və Düzce valisi Selçuk Aslan çıxış ediblər.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35