Təhsil 365 - Logo Mobile

Məktəblilər zərərli vərdişlərə qarşı maarifləndirilir

8125.04.2025 - 08:10
Məktəblilər zərərli vərdişlərə qarşı maarifləndirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirici tədbirlər davam etdirilir.

“Tehsil365” xəbər verir ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ meyillərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Tədbirlərdə BŞTİ-nin nümayəndələri, rayon polis idarələrinin əməkdaşları, müəllimlər şagirdlər və valideynlər iştirak edirlər.

Maarifləndirici tədbirlərdə məktəblilərə zərərli vərdişlərin ziyanlarından və orqanizmdə yaratdığı fəsadlardan bəhs olunur. Şagirdlərə zərərli vərdişlərdən uzaq olmaq və onlara qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir.

Həmçinin müvafiq mövzuda fikirlər səsləndirilir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır.

Tədbirlərdə zərərli vərdişlərin fəsadlarına dair sənədli filmlər və videoçarxlar nümayiş olunur.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35