Təhsil 365 - Logo Mobile

Sertifikasiyadan kəsilənlər bu qədər müddət işləyə bilər

4525.04.2025 - 09:21
Sertifikasiyadan kəsilənlər bu qədər müddət işləyə bilər

Sertifikasiya imtahanından keçməyən işçilərin 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq.

“Tehsil365” xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Bu halda iş yeri saxlanılsa da tibb işçisinə işə gəlməyə icazə verilmir.

Layihəyə əsasən, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.

Qeyd edilib ki, hazırda iş yeri saxlanılsa da tibb işçisinə işə gəlməyə icazə verilməməsi, bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olur. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulub və sözügedən 6 aylıq periodda işçilərin aylıq vəzifə (tarif) maaşının saxlanılması məqsədi ilə qanuna müvafiq dəyişiklik təklif olunub.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35