Təhsil 365 - Logo Mobile

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

7025.04.2025 - 13:12
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

2025-2026-cı tədris ilinə ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. 

“Tehsil365” xəbər verir ki, dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.

Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, xüsusi ayrılmış sahədə irad və təklifləri qeyd etmək mümkündür. İrad və təkliflər [email protected] elektron ünvanına da göndərilə bilər.

Elm və Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35