Təhsil 365 - Logo Mobile

BDU-da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub

7925.04.2025 - 14:23
BDU-da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

BDU-dan “Tehsil365”ə bildirilib ki, tədbirdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib, onun təkrarsız poetik ustalığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb.

Fakültə üzrə TGT sədri Hümbət Bədəlov şairin yaradıcılığında saz və məhəbbət mövzusu barədə geniş məruzə edib, Osman Sarıvəllinin adı ilə bağlı olan rəvayətləri auditoriyanın diqqətinə çatdırıb.

Tarix fakültəsinin I kurs tələbəsi Şəhriyar Məmmədzadə “Osman Sarıvəllinin lirikasında təbiətin tərənnümü” mövzusunda məruzə edib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbələri Nicat Qasımov və Kamil Eyvazlı “Dilqəmi”, “Naxçıvani”, “Orta Sarıtel” və “Ruhani” saz havalarını ifa edib, şairin yaradıcılığından nümunələr söyləyiblər. Filologiya fakültəsinin tələbələri Validə Bayramlı, Sultan Əsədli və Yaqut Tağıyeva sənətkarın şeirlərini səsləndiriblər.

Sonra Filologiya fakültəsi TGT-nin təşəbbüsü ilə Osman Sarıvəllinin 120 illik yubileyinə həsr olunmuş “Hər kim yüz il yaşamasa, günah onun özündədir” mövzusunda esse müsabiqəsinin qalibləri elan olunub. Müsabiqənin nəticəsinə görə, Fatimə Qurbanova I, Nəzrin Həsənli II, Şəhriyar Məmmədov III yerə layiq görülüblər.

Qaliblərə sertifikatlar təqdim olunub.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35