Təhsil 365 - Logo Mobile

Azərbaycan Mühəndislik Akademiyasının illik ümumi hesabat yığıncağı keçirilib

5325.04.2025 - 14:59
Azərbaycan Mühəndislik Akademiyasının illik ümumi hesabat yığıncağı keçirilib

Aprelin 25-də Azərbaycan Mühəndislik Akademiyasının 2024-cü il üçün onlayn rejimdə illik ümumi hesabat yığıncağı keçirilib.

Bu barədə “Tehsil365”ə Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib.

Yığıncaqda akademiyanın prezidenti akademik Arif Paşayev qeyd edib ki, hazırda Mühəndislik Akademiyasının üzvlərinin sayı 39 nəfərdir, bunlardan 21 nəfəri həqiqi üzv, 18 nəfəri müxbir üzv, 1 nəfəri fəxri üzv və 4 nəfəri isə əcnəbi üzvdür.

Sonra akademiyanın vitse-prezident akademik Əhəd Canəhmədov hesabat dövründə görülmüş işlər barədə ətraflı məlumat verib. O bildirib ki, hesabat ilində bir sıra sənaye müəssisələri və kənd təsərrüfatı sahələrində əhəmiyyətli nəticələr əldə olunan mühəndis işləri görülüb və tətbiqini tapıb.

Akademiya üzvü olduğu UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyası (WFEO) ilə əlaqələrini davam etdirir və bir çox tədbirlərində distant rejimdə iştirak edir.

Akademiyanın üzvləri tərəfindən yazılmış çoxlu sayda kitablar, dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, dərc olunmuş məqalələr xaricdə və ölkə daxilində nəşr olunub.

Hesabat ilində keçirilən konfranslar, seminarlar, dəyirmi masalar və eləcə də akademiyanın iştirak etdiyi beynəlxalq simpoziumlar ölkəmizin beynəlxalq aləmdə tanınması üçün mühüm rol oynayır.

Ədliyyə Nazirliyi tərəfindən Akademiya növbəti 5 il müddətinə Nizamnaməyə əlavə və dəyişikliklər nəzərə alınmaqla yenidən qeydiyyata alınıb.

Ümumi yığıncağın yekununda akademiyanın üzvləri Kamal Əskərov, Bəhrəm Əliyev, Maksim Cavadov, Elçin İsgəndərzadə və digərləri çıxış ediblər və yekun qərar qəbul edilib.

Hesabat akademiyanın veb-saytında yerləşdiriləcək.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35