Təhsil 365 - Logo Mobile

BDU-da ICESCO-nun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş olub - FOTO

8025.04.2025 - 15:54
BDU-da ICESCO-nun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş olub - FOTO

Bakı Dövlət Universitetində (BDU) İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş keçirilib.

BDU-dan “Tehsil365”ə bildirilib ki, görüşdə rektor Elçin Babayev rəhbəri olduğu universitetin elmi potensialı, beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar, xüsusilə də ICESCO ilə inkişaf etdirilən münasibətlər haqqında məlumat verib. O bildirib ki, BDU-nun nəzdində fəaliyyət göstərən ICESCO-nun Biotibbi materiallar kafedrası təşkilatla əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Bu əməkdaşlığın qarşıdakı dövrdə daha da genişləndirilməsi məqsədilə birgə layihələrin, konfransların və təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Məhəmməd Şərif çıxışında elm və texnologiya sahəsində ICESCO-nun həyata keçirdiyi təşəbbüslər, üzv ölkələrdə elmi inkişafın dəstəklənməsi və potensiallı tədqiqatçıların beynəlxalq arenaya çıxışı ilə bağlı prioritetlər barədə danışıb. O, Azərbaycanın elmi-təhsil müəssisələri ilə əməkdaşlığın ICESCO üçün xüsusi önəm daşıdığını qeyd edərək, BDU ilə qurulan əlaqələrin nümunəvi xarakter daşıdığını vurğulayıb.

Görüş çərçivəsində BDU ilə ICESCO arasında gələcək əməkdaşlıq imkanları, ortaq tədqiqat layihələrinin reallaşdırılması, startap təşəbbüslərinin dəstəklənməsi və tələbələrin innovasiya fəaliyyətlərinə cəlb olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35