Təhsil 365 - Logo Mobile

Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb

7226.04.2025 - 13:25
Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəbəqədər təhsil müəssisəsi üzrə hazırda bir neçə yaş qrupu üçün 230 boş yer mövcuddur. 

“Tehsil365” xəbər verir ki, valideynlər 3-4 yaş qrupu üzrə, Naxçıvan şəhər 2, 4, 5, 6, 10, 12, 15 nömrəli, 4-5 yaş qrupu üzrə isə Naxçıvan şəhər 1, 2, 3, 4, 5,  6, 7, 8, 10, 11, 12 və 15 nömrəli uşaq bağçalarını seçməklə həmin yaş qrupları üzrə uşaqlarını bağçalara yerləşdirə bilərlər. 

Həmçinin rayon Təhsil şöbələrinin tabeliyində faəliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində də boş yerlər mövcuddur.

Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi il ərzində davam etdirilir.

Valideynlər elektron portal üzərindən www.bq.edu.az saytına daxil olmaqla müəssisələrə qəbulla bağlı elektron kabinet yaradaraq övladlarını növbəyə yazdıra bilərlər.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35