Təhsil 365 - Logo Mobile

Müəllimlər arasında “Nə? Harada? Nə zaman” oyunu keçirilib - FOTO

7828.04.2025 - 06:30
Müəllimlər arasında “Nə? Harada? Nə zaman” oyunu keçirilib - FOTO

Aprelin 27-də müəllimlər arasında “Nə? Harada? Nə zaman” oyunu üzrə respublika çempionatının final oyunu baş tutub.

“Tehsil365” xəbər verir ki, iki mərhələdən ibarət olan çempionatın ilkin seçim turu onlayn formatda həyata keçirilib.

Final mərhələsində paytaxt və region məktəblərində çalışan müəllim və inzibati işçilərdən ibarət 32 komanda iştirak edib.

2 mərhələdən ibarət olan final turunda iştirakçılara ümumilikdə 40 sual təqdim edilib. İlk 20 suala daha çox düzgün cavab verən 16 komanda ikinci mərhələyə keçid edərək böyük, digər 16 komanda isə kiçik kubok uğrunda mübarizə aparıb.

Final oyununun nəticələrinə əsasən, Goranboy rayonu Qaradağlı kənd M. Səfərov adına tam orta məktəbinin “The Masters” komandası l, Xocavənd rayonu Tuğ kənd 1 nömrəli tam orta məktəbinin “Mil Beyləqan” komandası II,  Hacıqabul rayonu V.Quliyev adına 6 nömrəli tam orta məktəbin “Xudmani” komandası isə III yerə layiq görülüb.

Kiçik kubok uğrunda gedən mübarizədə isə Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin “Kayzen” komandası I, Şəmkir rayonu C.Bayramov adına Qaracəmirli kənd tam orta məktəbinin “Bayraktar” komandası ll, Sabunçu rayon 69 nömrəli tam orta məktəbin “Sirius” komandası isə lll yerin sahibi olub.

Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, müəllimlər arasında “Nə? Harada? Nə zaman?” oyunu “Təhsil oyunları platforması” layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə həyata keçirilir.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35