Təhsil 365 - Logo Mobile

Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun TƏLİMLƏR

8928.04.2025 - 07:30
Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun TƏLİMLƏR

Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun təlimlər başlanılır.

Bu barədə “Tehsil365”ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin artırılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin attestasiya prosesi həyata keçirilir.

Attestasiya müvafiq normativ-hüquqi sənədlərə və mövcud qanunvericiliyin tələblərinə əsasən təşkil olunmuş və ilkin mərhələdə Bakı və Abşeron-Xızı regionlarını əhatə etmişdir. Bu mərhələdə ümumilikdə 47 musiqi və incəsənət məktəbində çalışan 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimi attestasiyaya cəlb edilib.

"Qiymətləndirmə attestasiya komissiyaları tərəfindən aparılmış və müəllimlərin bilik, bacarıq və metodiki hazırlıq səviyyəsi müxtəlif meyarlar üzrə dəyərləndirilib. Attestasiyadan 1200 nəfərə yaxın müəllim uğurla keçib, onlardan 650 nəfəri, bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək, 309 nəfəri yüksək nəticə göstərib. Sevindirici haldır ki, son illərdə müsabiqə yolu ilə işə qəbul olan müəllimlər attestasiyadan uğurla keçib. Eləcə də, bir sıra musiqi və incəsənət məktəblərinin müəllim heyəti attestasiya prosesini böyük uğurla başa vurub", - məlumatda qeyd olunub.

Bildirilib ki, attestasiyanın nəticələri üzrə 492 nəfər müəllim tutduğu vəzifəyə uyğun hesab edilməmiş, onlardan 112 nəfəri komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səsi ilə qiymətləndirilib:

"Bu şəxslər üçün əlavə inkişaf imkanlarının yaradılması məqsədilə onların xüsusi təlim proqramına cəlb olunmaları nəzərdə tutulub. Mədəniyyət Nazirliyinin tapşırığı ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən həmin müəllimlər üçün attestasiya komissiyaları tərəfindən qeyd olunan təlim ehtiyaclarına uyğun olaraq fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə xüsusi inkişaf yönümlü təlim proqramları hazırlanıb".

Məlumatda həmçinin təlimlərin əsas məqsədinin sözügedən müəllimlərin peşəkar bilik və bacarıqlarının yenilənməsi, metodiki hazırlıqlarının gücləndirilməsi və onların işə qəbul üzrə keçiriləcək imtahanda uğurlu nəticə göstərmələrinə dəstək olduğu vurğulanıb:

"Təlimlər 2025-ci il may ayının 1-dən etibarən mərhələli şəkildə, əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçiriləcəkdir. İştirakçılar müvafiq tədris materialları və proqramla təmin ediləcək, dərslər təcrübəli pedaqoqlar və sahə üzrə ekspertlər tərəfindən keçiriləcəkdir".

Təlimlərin başlanması ilə bağlı iştirakçılara yaxın günlərdə bildirişlər göndəriləcəkdir.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35