Təhsil 365 - Logo Mobile

“Məktəbli könüllülərin yaz düşərgəsi”nin açılış mərasimi keçirilib - FOTO

8728.04.2025 - 09:54
“Məktəbli könüllülərin yaz düşərgəsi”nin açılış mərasimi keçirilib - FOTO

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “STEAM Azərbaycan” layihəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəbli könüllülərin yaz düşərgəsi”nin açılış mərasimi Zuğulba Tədris İdman Bazasında keçirilib.

“Tehsil365” xəbər verir ki, açılış mərasimindən əvvəl şagirdlər arasında qarşılıqlı tanışlığı və şəbəkələşməni təşviq etmək məqsədilə interaktiv tanışlıq oyunu təşkil edilib. Bu fəaliyyət məktəblilərin düşərgə mühitinə daha sürətli uyğunlaşmasına töhfə verib.

Mərasimdə Elm və Təhsil Nazirliyinin əməkdaşı Leyla Məmmədzadə çıxış edərək, yüzlərlə müraciət arasından seçilən iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb. 

Tədbir çərçivəsində düşərgənin təşkilatçıları iştirakçılara əsas qaydalar, fəaliyyət planı və ümumi prosedurlar barədə ətraflı məlumat verib. 

Qeyd edək ki, “Məktəbli könüllülərin yaz düşərgəsi” layihəsi şagirdlərin bilik, bacarıq və sosial fəallıqlarını artırmağı, eyni zamanda gələcək liderlik keyfiyyətlərini formalaşdırmağı hədəfləyir.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35