Təhsil 365 - Logo Mobile

BDU-da “Yaşıl və rəqəmsal İpək Yolu” beynəlxalq startap akselerasiya proqramı üzrə infosessiya keçirilib

8028.04.2025 - 14:02
BDU-da “Yaşıl və rəqəmsal İpək Yolu” beynəlxalq startap akselerasiya proqramı üzrə infosessiya keçirilib

Bakı Dövlət Universitetində (BDU) “Yaşıl və rəqəmsal İpək Yolu” beynəlxalq startap akselerasiya proqramı üzrə infosessiya keçirilib.

BDU-dan “Tehsil365”ə bildirilib ki, infosessiyada çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Interprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov iştirakçılara proqramın məqsədləri və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, proqram çərçivəsində yaşıl və rəqəmsal texnologiyalar sahəsində ideyaları olan startaplar dəstəklənəcək, regional əməkdaşlıq gücləndiriləcək və bu layihələrə investisiya cəlb ediləcək. Həmçinin proqramda qeydiyyatdan keçmə və iştirak etmə qaydaları, beynəlxalq mentorlarla işləmək imkanları barədə məlumat verilib.

İnfosessiya tələbələrin proqrama dair suallarının cavablandırılması ilə başa çatıb.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35