Təhsil 365 - Logo Mobile

"Rezidenturada qəbul yerlərinin artılması planlaşdırlır"

5329.04.2025 - 08:44
"Rezidenturada qəbul yerlərinin artılması planlaşdırlır"

“Biz rezidenturada qəbul yerlərinin ali tibb təhsilini bitirən məzunların sayına uyğunlaşdırılması üçün çalışırıq”.

“Tehsil365” APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.

O bildirib ki, bazaların da imkanları nəzərə alınır: “Hazırda rezidenturada ailə həkimi ixtisası var, mütəxəssislər də hazırlanır. Bölgələrdə ailə həkim təminatının yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlanır. Tibb işçilərinin bölgələrdə paylanması problemi var. Əsas tibb işçiləri Bakıda cəmləşib, bu problemin aradan qaldırılması üçün təkliflər hazırlanır”.

Elmina Muxtarlı

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35