Təhsil 365 - Logo Mobile

DİM imtahan iştirakçıları arasında sorğu keçirib - FOTO

6913.05.2025 - 12:42
DİM imtahan iştirakçıları arasında sorğu keçirib - FOTO

Dövlət İmtahan Mərkəzi 13, 20 və 27 aprel 2025-ci il tarixlərində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra iştirakçılar arasında məmnuniyyət sorğusu keçirib.

“Tehsil365” xəbər verir ki, sorğu hər 3 imtahan günündə Bakı şəhərində, həmçinin aprelin 13-də Gəncə, Cəlilabad və Lənkəranda bəzi imtahan binalarının qarşısında DİM-in könüllüləri vasitəsilə təşkil edilib. Sorğuya ümumilikdə 1475 imtahan iştirakçısı qatılıb. İştirakçılar onlara təqdim olunmuş anket vasitəsilə imtahan keçirilən yer, nəzarətçilərin davranışı, tapşırıqların aydın və başa düşülən olması, imtahan zamanı təşkilati və texniki hazırlıq və ümumi imtahan təcrübəsini qiymətləndiriblər.

“İmtahanın keçirildiyi məkanın şəraiti” ilə bağlı suala 773 nəfər “Çox yaxşı”, 600 nəfər “Yaxşı”, 93 nəfər “Orta” cavabını verib. Bu göstəricilər rəyi soruşulanların 99.4%-ni təşkil edir. Bununla yanaşı, 0.6 % iştirakçı imtahan şəraitindən narazı qalıb.

“Nəzarətçilərin davranış və ünsiyyət tərzi”ndən 99.6% iştirakçı “Tam razı” və ya “Qismən razı” (1447 nəfər “Tam razı”, 22 nəfər “Qismən razı”) qalıb. 6 nəfər “Qətiyyən razı deyiləm” bəndini seçib.

 “İmtahan prosesi zamanı hər hansı texniki və ya təşkilati problem yaşadınızmı?” sualına 98% iştirakçı (1445 nəfər) “Xeyr”, 2% iştirakçı (30 nəfər) isə “Bəli” cavabını verib.

“İmtahanda istifadə olunan suallar”la bağlı 1119 nəfər “Hamısı aydın və başadüşülən idi” cavabını seçib. 320 nəfər isə onun üçün bəzi sualların aydın olmadığını qeyd edib.

“Ümumi olaraq imtahan təcrübənizi necə qiymətləndirirsiniz?” sualına isə iştirakçıların 361 nəfəri “əla”, 712 nəfəri “yaxşı”, 294 nəfəri “orta” qiymət verib. 108 iştirakçı isə imtahan təcrübəsindən narazı qalıb. 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək əksər kütləvi imtahanlarda imtahansonrası məmnuniyyət sorğusunun keçirilməsi nəzərdə tutulub. Sorğunun keçirilməsində məqsəd vətəndaşlara təqdim edilən xidmət keyfiyyətinin öyrənilməsi və daha da inkişaf etdirilməsidir.

Aydan Ələkbərova

News Feed

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35