Təhsil 365 - Logo Mobile

SAT imtahanına qeydiyyat davam edir

5419.05.2025 - 11:17
SAT imtahanına qeydiyyat davam edir

İyunun 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) hər iki binasında keçiriləcək SAT imtahanına qeydiyyat davam edir.

Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.

İmtahanın akademik Həsən Əliyev küçəsi, 299 (TC 60129) və Süleyman Sani Axundov küçəsi, 50 (TC 56582) ünvanlarında keçiriləcək.

Qeydiyyatdan keçmək istəyən namizədlər “College Board”un rəsmi saytına daxil olaraq hesab yaratmalı və yuxarıda DİM-in qeyd edilən test mərkəzlərindən birini seçərək qeydiyyatı tamamlamalıdırlar.

İmtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd edək ki, 7 iyun SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl “Bluebook”da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.

Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35