Təhsil 365 - Logo Mobile

İmtahan nəticələrinin yoxlanılmasında süni intellektdən istifadə edilir - DİM

9023.05.2025 - 09:10
İmtahan nəticələrinin yoxlanılmasında süni intellektdən istifadə edilir - DİM

İmtahan nəticələrinin yoxlanılması ilə bağlı süni intelektin elementlərindən istifadə olunur.

“Tehsil365” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hər işdə süni intelektin tətbiqi mümkün deyil:

“Bu məsələdə addım-addım irəliləyirik. Müəyyən proseslərdə süni intelekt istifadə edilir, amma yoxlama prosesində yalnız süni intelektin tətbiqi barədə danışmaq tezdir”.

DİM sədri eyni zamanda təhsil ekpertlərini qiymətləndirmə prosesində iştirak etməyə dəvət edib:

"Qiymətləndirmə prosesində minlərlə müəllim iştirak edir, hər sualı 2 ekspert, bir yazı işini 20 nəfər yoxlayır. İki müəllimin qiyməti üst-üstə düşməyəndə yenidən yoxlanılır. Ümumilikdə proses çox mürəkəbdir. Bununla bağlı mediatur təşkil edəndə cəmi 2 ekspert gəlmişdi. Çünki onlar feysbukda çox məşğuldur”.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35