Təhsil 365 - Logo Mobile

Süni intellekt dövründə karyera planlaması – təlim

8723.05.2025 - 14:10
Süni intellekt dövründə karyera planlaması – təlim

Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla İş Mərkəzi və Tələbə Gənclər Təşkilatının (TGT) Geologiya fakültəsi üzrə üzvlərinin birgə təşkilatçılığı ilə “Süni intellekt dövründə karyera planlaması” mövzusunda interaktiv təlim keçirilib.

Bu barədə “Tehsil365”ə BDU-dan bildirilib.

BDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin mütəxəssisi Pərvanə Babayeva süni intellektin qlobal miqyasda əmək bazarına təsiri, rəqəmsal texnologiyaların tətbiqi ilə bəzi peşələrin aradan qalxması və yeni peşə sahələrinin meydana çıxması, insan potensialının süni intellektlə sinxron şəkildə inkişaf etdirilməsinin vacibliyi kimi məsələlərə toxunub. O, belə təlimlərin fərdi bacarıqların inkişaf etdirilməsi, çevik öyrənmə və rəqəmsal savadlılığının artırılmasında önəm kəsb etdiyini deyib.

Daha sonra təlimin debat sessiyası keçirilib. Bu hissədə tələbələr “Süni intellektin karyera yolunda yaratdığı müsbət imkanlar” və “Süni intellektin peşə inkişafına gətirdiyi mənfi təsirlər” mövzularında müzakirə aparıblar. Komandalar arqumentlərini əsaslandıraraq, süni intellektin müxtəlif peşə sahələrinə təsiri, etik və sosial tərəfləri, insan resurslarına ehtiyacın dəyişməsi və yeni bacarıqlara yönəlmə haqqında maraqlı çıxışlar ediblər.

Təlim müddətində tələbələr yalnız nəzəri biliklərlə deyil, real əmək bazarına dair praktiki nümunələrlə də tanış olublar. Onlara CV tərtibatı, müsahibələrə hazırlıq, şəxsi brendin formalaşdırılması yolları da izah edilib.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35