Təhsil 365 - Logo Mobile

Bu imtahanlara qeydiyyat BAŞLAYIR

7429.05.2025 - 14:20
Bu imtahanlara qeydiyyat BAŞLAYIR

İmtahan 9 avqust 2025-ci il tarixində DİM-in Binəqədi rayonu, Süleyman Sani Axundov  küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq.

Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 5 avqustdur.

Qeyd edək ki, “B1 Preliminary/B1 Preliminary for Schools” imtahanı ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır. Bu imtahan 4 bölmədən ibarətdir:

  • Oxu (Reading) - 45 dəqiqə;

  • Yazı (Writing) – 45 dəqiqə;

  • Dinləmə (Listening) - 35 dəqiqə;

  • Danışıq (Speaking) – 14 dəqiqə.

“A2 Key/A2 Key for Schools” kvalifikasiyasını almaqla isə namizəd sadə vəziyyətlərdə ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edə bilir, əsas ifadələri başa düşür və tətbiq edir. Bu imtahan da 4 bölmədən ibarətdir:

  • Oxu (Reading) və Yazı (Writing) – ümumilikdə 1 saat davam edəcəkdir.

  • Dinləmə (Listening) - 30 dəqiqə;

  • Danışıq (Speaking) – 12 dəqiqə.

Qeyd edək ki, hər iki imtahanın oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən götürülür.

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-in müvafiq səhifəsindən tanış olmaq mümkündür.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35