Təhsil 365 - Logo Mobile

Paytaxtda 22 781 uşaq məktəbəhazırlıq qruplarını başa vurur

2930.05.2025 - 09:39
Paytaxtda 22 781 uşaq məktəbəhazırlıq qruplarını başa vurur

Paytaxtdakı ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır.

BŞTİ-dən “Tehsil365”ə bildirilib ki, 2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 ümumi təhsil müəssisəsi üzrə 1 048 məktəbəhazırlıq qrupunda 22 781 uşaq məşğələyə cəlb olunub.

Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür və məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

Aydan Ələkbərova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35