Təhsil 365 - Logo Mobile

Bu il sertifikasiyadan keçəcək müəllimlərin SAYI

5504.06.2025 - 08:44
Bu il sertifikasiyadan keçəcək müəllimlərin SAYI

Müəllimlərin sertifikatlaşdırma imtahanları yaxınlaşır. İyunun 18-də prosesə start veriləcək.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il təşkil olunacaq sertifikatlaşdırılma prosesinə kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunacaqlar.

Eyni zamanda indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri də prosesdə iştirak edəcəklər.

Bu il sertifikatlaşdırma imtahanları 25 iyunda yekunlaşacaq.

Bəs ilk dəfə sertifikasiya imtahanlarına cəlb olunacaq fənn müəllimlərinin statistikası necədir?

“Tehsil365” xəbər verir ki, Modern.az saytı bunu araşdırmağa çalışıb.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, hazırda kimya müəllimlərinin sayı 4690 nəfər təşkil edir.

Ölkədəki biologiya müəllimlərinin sayı 5547 nəfərfizika müəllimlərinin sayı isə 5942 nəfərdir.

Sertifikasiya imtahanlarına cəlb olunacaq coğrafiya müəlimləri 5283 nəfər, informatika müəllimləri isə 5648 nəfər təşkil edəcək.

Beləliklə, bu il ilk dəfə sertifikasiya prosesinə cəlb olunacaq fənn müəllimlərinin sayı 27 mindən artıq olacaq.

Elmina Muxtarlı

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35