Təhsil 365 - Logo Mobile

Naxçıvanda “Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi” elan olunub

6806.06.2025 - 11:10
Naxçıvanda “Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi” elan olunub

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi” elan edib.


“Tehsil365” xəbər verir ki, müsabiqənin məqsədi milli mədəniyyətin və incəsənətin, vətənpərvərlik hisslərini aşılayan musiqi nümunələrinin təbliği, istedadlı ifaçıların üzə çıxarılması və onların yaradıcılıq potensialının dəstəklənməsidir.


İştirak etmək istəyənlər 5 iyun – 1 oktyabr 2025-ci il tarixləri arasında doldurulmuş ərizə-anket forması və şəxsiyyət vəsiqəsinin surətini Nazirliyin Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinə təqdim etməli və ya [email protected] elektron ünvanına göndərməlidirlər.


Müsabiqə şərtləri:


Müsabiqə iki yaş qrupu üzrə (12–19 yaş və 20 yaşdan yuxarı) bir turda keçiriləcək;


Tədbir 2025-ci ilin noyabr ayında Naxçıvan şəhərində baş tutacaq;


İştirakçılar Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda iki mahnısını (marşını) canlı ifa etməlidirlər;


Müşayiət canlı və ya fon musiqisi (minus) ilə ola bilər və iştirakçı özü tərəfindən təmin olunmalıdır;


Təhsil tələbi yoxdur – istedadlı hər kəs iştirak edə bilər.



Hər yaş qrupu üzrə birinci yerin qalibinə 500 AZN, ikinci yerə 300 AZN, üçüncü yerə isə 200 AZN məbləğində pul mükafatı təqdim ediləcək. Fərqlənən ifaçılar isə Nazirliyin fəxri fərmanları ilə təltif olunacaqlar.


Ətraflı məlumat və ərizə-anket nümunəsi ilə nculture.gov.az saytında tanış olmaq mümkündür.

Gülgəz Qasımzadə

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35