Təhsil 365 - Logo Mobile

"ChatGPT" yeni modelini işə salır

6112.06.2025 - 15:40
"ChatGPT" yeni modelini işə salır

"OpenAI" məntiqi təfəkkür, proqramlaşdırma və elmi sorğulara diqqət yetirməklə mürəkkəb problemlərin həllinə yönəlmiş "o3-pro" adlı yeni dil modelini buraxıb.


“Tehsil365” xəbər verir ki, bu barədə VC portalı məlumat verib.


Yeni modelə giriş artıq API vasitəsilə, eləcə də "Team" və "Pro "abunəçiləri üçün əlçatandır. Korporativ və təhsil planlarının ("Enterprise" və "Edu") istifadəçiləri gələn həftə ərzində giriş imkanını əldə edəcəklər. Bunun "ChatGPT Plus" abunəçiləri üçün əlçatan olub-olması haqqında hələlik məlumat yoxdur.


"o3-pro" modeli mətn və şəkilləri təhlil etmək qabiliyyətinə malikdir, lakin təsvirin yaradılmasını dəstəkləmir. Modelin baza məlumatları 2024-cü ilin iyun ayına qədərdir. Audioformat dəstəklənmir, lakin internetdə axtarış, faylların təhlili, "Python" proqramlaşdırma dilinin dəstəyi və öz "yaddaşı" funksiyaları həyata keçirilir.


"OpenAI"nin məlumatına görə, model "o3" versiyasını üstələməklə yüksək dəqiqlik və cavabların tamlığını nümayiş etdirir. API vasitəsilə istifadənin dəyəri bir milyon giriş tokeni üçün 20, bir milyon çıxış tokeni üçün 80 dollardır. Müqayisə üçün qeyd edək ki, "o3" modelinin qiyməti müvafiq olaraq 2 və 8 dollardır, "o1-pro" isə ən bahalı olaraq qalır - analoji həcm üçün 150 və 600 dollar.

Gülgəz Qasımzadə

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35