Təhsil 365 - Logo Mobile

Elm və təhsil obyektivdə” adlı foto-video müsabiqəsinə start verildi

5612.06.2025 - 20:00
Elm və təhsil obyektivdə” adlı foto-video müsabiqəsinə start verildi

Elm və Təhsil Nazirliyi elm və təhsilin ictimai maraq kəsb edən sahə kimi geniş auditoriyaya çatdırılması və bu prosesdə maraqlı tərəflərin iştirakını stimullaşdırmaq məqsədilə “Elm və təhsil obyektivdə” adlı foto-video müsabiqə elan edib.

“Tehsil365” xəbər verir ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.

Müsabiqə foto və video məzmun olmaqla iki kateqoriya üzrə keçiriləcək. Yarışda peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak edə bilərlər.

Müsabiqəyə qoşulmaq istəyənlər https://anket.edu.az/user/225 platforması vasitəsilə qeydiyyatdan keçə bilərlər. İştirak hüququ qazanan şəxslərə bu barədə SMS vasitəsilə məlumat veriləcək.

Qeydiyyat prosesi ilə bağlı çətinlik yaşayanlar [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər.

Müsabiqəyə qeydiyyat 26 iyun 2025-ci il tarixinədək davam edəcək.

Ətraflı məlumatla Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin keçirilmə Qaydaları vasitəsilə tanış olmaq mümkündür.

Züleyxa Allahverdiyeva

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35