Təhsil 365 - Logo Mobile

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayır

7313.06.2025 - 11:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayır

17 iyun 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I sinfə şagird qəbulu imtahanları başlayır.

“Tehsil365” xəbər verir ki, məktəblərə qəbul üçün ümumilikdə 18 665 namizəd qeydiyyatdan keçib. Onlardan 16 548 nəfəri musiqi, 1 427 nəfəri rəssamlıq, 690 nəfəri isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.

İmtahanlar rayon və şəhərlərdə mərkəzləşdirilmiş formada, aidiyyəti üzrə təşkil olunmuş imtahan mərkəzlərində aparılacaq.

Namizədlərə imtahan tarixi və yeri barədə bildirişlər bu gün ərzində şəxsi kabinet, elektron poçt və SMS vasitəsilə təqdim olunacaq.

Qeyd edək ki, qəbul prosesi şəffaflıq prinsipləri əsasında rəqəmsal texnologiyaların tətbiqi ilə təşkil olunur.

Elmina Muxtarlı

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35