Təhsil 365 - Logo Mobile

Şəmkirdə biri yeniyetmə olmaqla iki nəfər bıçaqlanıb

8813.06.2025 - 14:10
Şəmkirdə biri yeniyetmə olmaqla iki nəfər bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

“Tehsil365” xəbər verir ki, 2007-ci il təvəllüdlü Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaq xəsarəti ilə xətəxanaya yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, iyunun 12-də saat 15:40 radələrində iki nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: "Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Qarının ön divarının sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, mədənin zədələnməsi diaqnozu ilə əməliyyat olunun 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilir. Sol gicgah nahiyəsinin dəri və dərialtı toxumasının kəsilmiş yarası, dərialtı hematoma diaqnozu təyin edilən 2007-ci il təvəllüdlü şəxsin isə vəziyyəti stabildir".

Şəmkir rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Fazil Qəribov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Elmina Muxtarlı

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35