Təhsil 365 - Logo Mobile

Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

7215.06.2025 - 09:50
Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

İyunun 14-də saat 15:30 radələrində Bakı–Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən “Tehsil365 “ə verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Teyyub Məmməd oğlu Xəlilovun idarə etdiyi “Hyundai SantaFe” markalı, 10-TK-527 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub.

Qəza nəticəsində avtomobildə olan azyaşlı sərnişin – sürücünün oğlu, 2022-ci il təvəllüdlü Fəhad Teyyub oğlu Xəlilov hadisə yerində həyatını itirib. Digər sərnişinlər – 1962-ci il təvəllüdlü Sevinc Abdullayeva və 1988-ci il təvəllüdlü Şəbnəm Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu faciə bir daha göstərir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:

- Sürət həddini aşmayın;

- Yol və hava şəraitinə uyğun hərəkət edin;

- Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.

Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir.

Nərminə Eyyubova

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35