Təhsil 365 - Logo Mobile

Günəşdə güclü alışma baş verib

9518.06.2025 - 06:20
Günəşdə güclü alışma baş verib

Günəşdə X sinifinə aid güclü alışma qeydə alınıb.

“Tehsil365” xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“İyunun 18-də Bakı vaxtı ilə saat 01:49-da Günəş ləkələri qrupunda rentgen diapazonunda 16 dəqiqə davam edən X1.3 alışması qeydə alınıb. Əslində bu, son üç həftədə ilk belə güclü alışmadır”, - institutdan bildirilib.

Günəş alışmaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.

Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.

Elmina Muxtarlı

News Feed

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35